Ana Sayfa > Karusel / Siyasət > Zelenski: “Abramoviç Kiyevdə idi”

Zelenski: “Abramoviç Kiyevdə idi”


23-04-2022, 23:28. Yazar: Admin

Ukrayna Prezidenti Vladimir Zelenski

“Rusiyalı oliqarx Roman Abramoviç Rusiya Federasiyasından olan nümayəndə heyətinin tərkibində Kiyevə səfər edib”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

 

“Mən bildiyimə görə, o, Rusiyan tərəfindən danışıqlar qrupunun üzvüdür. O, Kiyevdə olub. Onun görüşlərinin formatını müzakirə etməyə hazır deyiləm”, - deyə Zelenski deyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Roman Abramoviçin nümayəndəsi bildirib ki, iş adamı Ukrayna paytaxtında olmayıb və Rusiya ilə Ukrayna arasında danışıqların tərkibində iştirak etməyib.


Geri dön