Ana Sayfa > Karusel / Siyasət > Zelenski Kiyevin Moskva ilə danışıqları dayandıra biləcəyini deyib

Zelenski Kiyevin Moskva ilə danışıqları dayandıra biləcəyini deyib


23-04-2022, 22:19. Yazar: Admin

Zelenski Kiyevin Moskva ilə danışıqları dayandıra biləcəyini deyib

Ukrayna Prezidenti Vladimir Zelenski Mariupoldakı nəhəng polad zavodunda (Azovstal) sığınan ukraynalı əsgərlərin və mülki vətəndaşların Rusiya qüvvələri tərəfindən öldürüləcəyi təqdirdə Kiyevin Moskva ilə danışıqları dayandıracağını bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

 

"Əgər bizim Mariupoldakı əsgərlərimiz, mülki vətəndaşlarımız öldürülsə və Xerson vilayətində saxta referendum təşkil edilsə, Ukrayna istənilən danışıqlar prosesindən çıxacaq", - deyə Vladimir Zelenski bildirib.


Geri dön