Ana Sayfa > Karusel / Region > Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir

Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir


23-04-2022, 12:58. Yazar: Admin

Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir

ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:

"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir".

Rusiya MN-dən o da bildirilib ki, bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır.(Apa)


Geri dön