Ana Sayfa > Karusel / Kriminal > Mariupolda ölən İlqarın cənazəsi ölkəyə gətirilib dəfn edildi - Fotolar
Mariupolda ölən İlqarın cənazəsi ölkəyə gətirilib dəfn edildi - Fotolar23-04-2022, 12:35. Yazar: Admin |
Ukraynada müharibədə həlak olan azərbaycanlının nəşi ölkəyə gətirilib. Qarabaginfo.az xəbər verir ki, Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlu Ukraynanın Mariupol şəhərində həlak olub. O, martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb və hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub. Qohumlarının istəyilə nəşi vətənə gətirilib və Samuxda dəfn edilib.
Geri dön |