Ana Sayfa > Karusel / Dünya > "Ukrayna başlanğıcdır, Rusiya başqa ölkələri də ələ keçirmək istəyir" - Zelenskidən xəbərdarlıq

"Ukrayna başlanğıcdır, Rusiya başqa ölkələri də ələ keçirmək istəyir" - Zelenskidən xəbərdarlıq


23-04-2022, 11:25. Yazar: Admin

 


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 2-ci ayında müharibədən sonrakı vəziyyəti dəyərləndirib.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski videomüraciətində "Rusiyanın Ukraynaya müdaxiləsi yalnız başlanğıc kimi nəzərdə tutulub. Sonra başqa ölkələri ələ keçirmək istəyir. Təbii ki, Rusiyanın ambissiyasını qırmaq üçün lazım olan qədər özümüzü müdafiə edəcəyik" - deyə, qeyd edib.

Zelenski müharibəyə reaksiya verməyən və Ukraynaya kömək etməyən neytral ölkələrə də çağırış edərək, bunun çox riskli olduğunu və belə ölkələrin hər şeyi itirə biləcəyini deyib.

Həyatın ölüm üzərində qələbə çalacağına inanan bütün xalqların Ukrayna ilə bərabər döyüşməli olduğunu müdafiə edən Zelenski "Bizə kömək etməlisiniz, çünki bu yolda birinci olmuşuq" -  deyə bildirib.

Zelenski Ukraynanın tərəfdaşlarının istədikləri silahları onlara çatdırdıqlarını da bildirib və bu ölkələrə təşəkkür edib:

"Və sonda bizi dinləyən və tam olaraq istədiyimizi bizə verən bütün tərəfdaşlarımıza minnətdaram. Biz əminik ki, bu silahlar minlərlə insanın həyatını xilas edə bilər. Biz işğalçılara göstərəcəyik ki, onların Ukraynanı tərk etməli olacaqları gün artıq yaxınlaşır”. 


Geri dön