Ana Sayfa > Karusel / Gündəm > Rusiyanın “Alfa Bank”ının Niderland filialı müflis olub

Rusiyanın “Alfa Bank”ının Niderland filialı müflis olub


22-04-2022, 23:11. Yazar: Admin

Rusiyanın “Alfa Bank”ının Niderland filialı müflis olub

Rusiyanın “Alfa Bank”ının Niderland filialı “Amsterdam Trade Bank” müflis olub.

Qarabaginfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.

Məhkəmədən bildirilib ki, bank müflis elan olunma barədə iddia qaldırıb.
Niderlandın ANP agentliyi bildirir ki, 1994-cü ildə təsis edilmiş bank son illərdə Britaniyanın sanksiyalarına görə ciddi çətinliklərlə üzləşmişdi. Bir neçə gün əvvəl isə maliyyə qurumu Avropanın Rusiyaya qarşı sanksiyalarına əməl edəcəyini açıqlamışdı.


Geri dön