Ana Sayfa > Karusel / Gündəm > Əlibıçaqlı yeniyetmələr: "Onlar cəmiyyətin davamçılarıdır"

Əlibıçaqlı yeniyetmələr: "Onlar cəmiyyətin davamçılarıdır"


22-04-2022, 22:42. Yazar: Admin

 Əlibıçaqlı yeniyetmələr:

“Yeniyetmələr arasında aqressiyanın artmasının bir çox psixo-sosial səbəbləri var”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu deyib.

O, yeniyetmələr arasında kriminal aləmə marağın güclənməsi və yaşlarına yaraşmayan davranış sərgiləməsini psixoloji gərginlik səviyyəsinin yüksəkliyi ilə izah edib:

“Bunun kökündə 4 əsas faktor durur. Birincisi, ümumi psixoloji gərginlik səviyyəsinin yüksək olması. İnsanlarda ümumi güvənsizlik problemi var. Gərginlik fonunda bu, aqressiya yaradır.

İkincisi, son dövrdə pandemiya və müharibənin yaratdığı ümumi aqressiya.

Üçüncüsü, uşaqların ciddi şəkildə informasiya zəhərlənməsinə məruz qalması. Yəni yeniyetmələr sosial şəbəkələrdən, internetin fürsətlərindən pis yöndə yararlanırlar.

Bir əlavə faktor da var: yeniyetmənin harmonal aktivliyi, psixo-emosionallığı, özünütəsdiqi. Yeniyetmələrin davranışlarında bu ciddi problem yaradır”.

T. Faziloğlunun sözlərinə görə, yeniyetmələrin narkotik vasitələrdən istifadəsi artıq gələcəyimiz haqqında həyəcan yaradır:

“Bu gün gələcəyini düşünməyən, heç bir dəyərə sahib olmayan kütlə yaranıb. Həmin kütlə Azərbaycan dövlətinin və cəmiyyətin davamçılarıdır.

Ümumi olaraq nəsillər arasında əlaqə qırılıb. Əvvəllər geniş ailə modeli var idi. Uşaq atası, anası ilə danışa bilmədiyi mövzuları özündən yaşca böyük olan qohumu ilə bölüşürdü. Bununla da ümumi dəyərlər ötürülürdü. İndi geniş ailə modelindən imtina etmişik. Lakin övladlarımızla da rahat şəkildə danışa bilmirik. Əlaqələr qırılıb, ona görə də, böyük problem yaşayırıq. Əhalini maarifləndirməliyik ki, onlar problemin fərqinə varsınlar. Problem kompleks şəkildə həll olunmalıdır”.


Geri dön