Ana Sayfa > Karusel / Gündəm > Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb

Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb


22-04-2022, 22:02. Yazar: Admin

 Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Geri dön