Ana Sayfa > Karusel / Siyasət > Putin Paşinyana Kremldə xəbərdarlıq edib - “Hraparak”

Putin Paşinyana Kremldə xəbərdarlıq edib - “Hraparak”


22-04-2022, 21:15. Yazar: Admin

 Putin Paşinyana Kremldə xəbərdarlıq edib - “Hraparak”

Ermənistanın “Hraparak” qəzeti sensasion yazı ilə gündəmə gəlib. Nəşrdə qeyd edilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Moskvada keçirilən görüşü zamanı tərəflər arasında ciddi münaqişə yaşanıb.

Qarabaginfo.az xəbər verir ki, qazetin diplomatik mənbələrinin dediklərinə əsasən, Moskva səfəri zamanı imzalanan Paşinyan-Putin birgə bəyanatına, tərəflərin bir-birinə sadiq olduqlarını bildirməyinə və müxtəlif sahələrdə əməkdaşlıq etməyə söz vermələrinə baxmayaraq, baş verənlər Ermənistan liderinin növbəti “flirti” kimi qiymətləndirilmişdi.

“Kremldə Paşinyana növbəti dəfə ciddi şəkildə xəbərdarlıq edilib ki, Qərblə təmaslardan çəkinsin, Qarabağla bağlı yeni təkliflər, variantlar əvvəlcə Rusiya ilə müzakirə olunsun - həmçinin bura Ermənistan sərhədlərinin delimitasiyası məsələsi də aiddir. Aydındır ki, söhbət Brüssel görüşündən və oradakı razılaşmalardan gedir. Bizim mənbənin fikrincə, Rusiya tərəfi anlayır ki, Paşinyan istənilən vaxt gizlicə Aİ ilə də razılaşmalara gedə bilər. Onun Kremlə qarşı hansısa gizli planı ola bilər”, - deyə qəzet yazıb.


Geri dön