Ana Sayfa > Karusel / Gündəm > Rafael Qrossi Çernobıl AES-ə gedəcək

Rafael Qrossi Çernobıl AES-ə gedəcək


22-04-2022, 19:33. Yazar: Admin

Rafael Qrossi Çernobıl AES-ə gedəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi ekspert missiyası Çernobıl Atom Elektrik Stansiyasına (AES) gedəcək.

Qarabaginfo.az AEBA-ya istinadən xəbər verir ki, səfər gələn həftə baş tutacaq.

Bildirilib ki, AEBA-nın nüvə təhlükəsizliyi, təhlükəsizlik və mühafizə işləri üzrə ekspert qrupu vacib avadanlığı çatdırmaq, radioloji və digər qiymətləndirmələr aparmaq üçün aprelin 26-dan etibarən Çernobılda olacaq.

“AEBA-nın missiyasının Çernobılda olması bizim Ukraynaya dəstək fəaliyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu səfərin ardınca yaxın həftələrdə Agentliyin Ukraynadakı bu və digər nüvə obyektlərinə daha çox missiyası gələcək.

Elmi ölçmələrimizə və texniki qiymətləndirmələrimizə əsasən, biz oradakı radioloji vəziyyəti daha yaxşı anlaya biləcəyik”, - baş direktor Qrossi bildirib.

Qeyd olunub ki, səfər çərçivəsində Çernobıl AES-ə radiasiya monitorinqi avadanlığı, radionuklidlərin identifikasiyası üçün cihazlar və qamma dozası ölçən cihazlar təqdim olunacaq, həmçinin fərdi mühafizə vasitələri də zavoda gətiriləcək.

Bundan əlavə, AEBA-nın təhlükəsizlik tədbirləri üzrə ekspertləri Agentliyin Vyanadakı qərargahına məlumat ötürülməsini təmin edən monitorinq sistemlərini təmir edəcəklər. Bu monitorinq sistemləri Çernobılda toqquşma zamanı zədələnmişdi.


Geri dön