Ana Sayfa > Karusel / Gündəm > Zəfər Qurultayı ilə bağlı TƏBİB gücləndirilmiş iş rejimində çalışır

Zəfər Qurultayı ilə bağlı TƏBİB gücləndirilmiş iş rejimində çalışır


22-04-2022, 19:28. Yazar: Admin

TƏBİB tender - ELAN EDİR

Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışır

Qarabaginfo.az xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında deyilir.“Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə başlayıb.

65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi tədbirin iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərməkdədir.

Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub.

Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir”, - deyə açıqlama bildirilib.


Geri dön