Ana Sayfa > Karusel / Gündəm > Daha bir ölkənin səfirliyi Kiyevə qayıdır
Daha bir ölkənin səfirliyi Kiyevə qayıdır22-04-2022, 19:08. Yazar: Admin |
Böyük Britaniya tezliklə Ukraynadakı səfirliyini Lvovdan Kiyevə qaytaracaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass Tvitterdə bildirib.
O, bir daha Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəklədiyini bildirib və diplomat həmkarlarına gördüyü işlərə görə təşəkkür edib: “Biz Böyük Britaniyanın Kiyevdəki səfirliyinin işini bərpa edirik, səfirimiz Melinda Simmons yaxın vaxtlarda şəhərə qayıdacaq. Bütün ağır iş və əzmkarlığa görə Melinda və onun komandasına təşəkkür edirik. Biz Ukrayna ilə birlikdəyik”. Geri dön |