Fransa Ukraynaya ağır artilleriya silahları göndərir. Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yerli "Ouest-France" qəzetinə deyib. "Biz "Milan" (tank əleyhinə raketlər), "Caesar" (özüyeriyən haubitsalar) kimi əhəmiyyətli hərbi silahlar göndəririk”, - deyə Makron bildirib. "Düşünürəm ki, biz bu yolla davam etməliyik. Həmişə qırmızı xətti keçməyərək, münaqişənin tərəfi olmayacağıq", Fransa Prezidenti qeyd edib. Fransanın müdafiə naziri Florens Parli də "Twitter"də Fransanın "bir neçə "Caesar"özüyeriyən haubitsalar və minlərlə mərmi" göndərəcəyini təsdiqləyib.
Geri dön
|