Ana Sayfa > Karusel / Dünya > ÜST: “Koronavirusdan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”

ÜST: “Koronavirusdan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”


22-04-2022, 16:59. Yazar: Admin

Ümumdünya Səhiyyə Təşkilatı azərbaycanlılara təşvişə düşməməyi tövsiyə etdi | marja.az

“Hazırda COVID-19-dan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O hesab edir ki, bununla belə, sayıqlığı əldən vermək olmaz.

ÜST koronavirusun yeni ştamlarının, o cümlədən rekombinatlarının meydana gəlməsi ehtimalını istisna etmir.

“ÜST-ün məqsədi 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etməkdir. Bu zaman əsas üstünlük tibb işçilərinə, yaşlılara və digər risk qruplarına verilir”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanda 2022-ci il mayın 1-dən maska tələbi ləğv edilib. Bununla belə, ölkədə xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb.


Geri dön