Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi UNESCO-nu tənqid edib

Prezidentin köməkçisi UNESCO-nu tənqid edib


22-04-2022, 16:26. Yazar: Admin

 

Hikmət Hacıyev İsrailə təşəkkür etdi: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Diasporumuz Azərbaycanda mina problemini bəşəriyyətin problemi kimi qaldırılmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Haıcyev qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycana minalardan təmizləmə sahəsində dəstəyi qənaətbəxş deyil.

“Bizə qarşı o iddialar da irəli sürülür ki, guya biz ermənilərin mədəni abidələrini dağıdırıq. “Oğru elə bağındı, doğrunun bağrı yarıldı” məsəli yada düşür. Təəssüf ki, UNESCO ilə Azərbaycanın arasında danışıqlar bu gün də davam edir. Biz hələ işğal dövründə UNESCO-nu dəvət edirdik ki, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrimizin durumu araşdırılsın. Deyirdilər ki, biz siyasi məsələlərə qarışmırıq. İndi isə deyirlər ki, məsələn, yol boyunca birinci, ikinci abidələrə baxacağıq, digərlərinə baxmayacağıq. Necə olur ki, A və B məntəqələrinə baxırsan, digərlərinə baxmırsan?”


Geri dön