Ana Sayfa > Karusel / Gündəm > Sabah Bakıda 20 dərəcə isti olacaq

Sabah Bakıda 20 dərəcə isti olacaq


22-04-2022, 12:58. Yazar: Admin

Aprelin 23-də gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var.

 

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.


Geri dön