Ana Sayfa > Karusel / Region > Azərbaycanda məsciddən pul oğurlandı

Azərbaycanda məsciddən pul oğurlandı


22-04-2022, 10:56. Yazar: Admin
Azərbaycanda məsciddən pul oğurlandı

 

Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Geri dön