Ana Sayfa > Karusel / Dünya > Sorğu: Makron prezident seçkilərinin ikinci turunda qalib gələcək
Sorğu: Makron prezident seçkilərinin ikinci turunda qalib gələcək22-04-2022, 08:03. Yazar: Admin |
Fransada prezident seçkilərinin ikinci turu hazırkı dövlət başçısı Emmanuel Makronun qələbəsi ilə başa çata bilər. Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu proqnozu Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) dərc edib. Belə ki, sorğunun nəticələrinə görə, Le Pen 44,5%, Makron isə 55,5% səsə ümid edə bilər. Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenləri emal etdikdən sonra Makron 27,84%, Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də keçiriləcək. Geri dön |