Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Şəhid ailələrini aldadaraq pullarını alan şəxslə bağlı - DİN-dən açıqlama
Şəhid ailələrini aldadaraq pullarını alan şəxslə bağlı - DİN-dən açıqlama21-04-2022, 23:44. Yazar: Admin |
Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb. Qarabaginfo.az bildirir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik bu məsələdən məlumatlıdır:
“Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. ![]()
Geri dön |