Ana Sayfa > Karusel / Gündəm > “Hollivud” restoranının qarşısında gənc qadını maşın vurdu - Vəziyyəti ağırdır

“Hollivud” restoranının qarşısında gənc qadını maşın vurdu - Vəziyyəti ağırdır


21-04-2022, 23:28. Yazar: Admin

“Hollivud” restoranının qarşısında gənc qadını maşın vurdu

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə “Hollivud” restoranının qarşısında qeydə alınıb.

Belə ki, restoranın qarşısında yolu keçmək istəyən gənc qadını maşın vurub. O, açıq kəllə-beyin xəsarəti alıb.

Yaralı Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri dön