Ana Sayfa > Karusel / Gündəm > Artıq ödənilmiş rüsumun geri qaytarılma müddəti azaldılıb

Artıq ödənilmiş rüsumun geri qaytarılma müddəti azaldılıb


21-04-2022, 18:25. Yazar: Admin

Artıq ödənilmiş rüsumun geri qaytarılma müddəti azaldılıb

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə”, “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında, “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarlarda dəyişiklik edib, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən, həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumundan toplanılan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” qərarı ləğv edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.

“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcək.

Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət rüsumu müəyyən edilib.

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə alınması dəqiqləşdirilib.

Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə endirilib.


Geri dön