Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı boksçu Avropa çempionu oldu
Azərbaycanlı boksçu Avropa çempionu oldu21-04-2022, 14:52. Yazar: Admin |
Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çempion olub. Qarabaginfo.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib. Babayev rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib. Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub. Geri dön |