Ana Sayfa > Karusel / Dünya > Türkiyə də Rusiya qazından asılılığı azaldır
Türkiyə də Rusiya qazından asılılığı azaldır21-04-2022, 12:47. Yazar: Admin |
Türkiyə ABŞ-dan mayeləşdirilmiş təbii qaz almağa dair müqavilə vasitəsilə təbii qaz tədarükünü azaldır. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb. Məlumata görə, Türkiyənin “Botaş” şirkəti Almaniyanın “Deutsche Bank”ı ilə ABŞ-dan mayeləşdirilmiş təbii qazın alınması üçün istifadə olunacaq 1 milyard dollarlıq kreditlə bağlı danışıqları yekunlaşdırır. Bildirilir ki, ayrılan vəsait həm ABŞ-dakı istehsalçılardan, həm də Avropadakı treyderlərdən mayeləşdirilmiş təbii qaz almaq üçün istifadə olunacaq. Müqavilə “Botaş”a hazırda Rusiya və İrandan tədarükləri azaltmağa imkan verəcək sövdələşmələrə yol açır. Müqavilənin yaxın həftələrdə imzalanması gözlənilir.
Geri dön |