Ana Sayfa > Karusel / Gündəm > Qanunsuz balıq ovlayan daha 4 nəfər cəzalandırıldı

Qanunsuz balıq ovlayan daha 4 nəfər cəzalandırıldı


21-04-2022, 12:36. Yazar: Admin

Qanunsuz balıq ovlayan daha 4 nəfər cəzalandırıldı

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri  akvatoriyasında, Kür çayı, Mingəçevir su anbarı və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qazax rayon sakini Səxavət Vəkilov, Sabirabad rayon sakini Pərviz İsmayılov, Mingəçevir şəhər sakini Yaşar Hüseynov və Xocalı rayon sakini Niyaməddin Səfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1222 metr uzunluğunda sintetik tor yığışdırılıb.


Geri dön