“Digər tarixi abidələrin bərpası ilə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulmuşdu və artıq bərpa işləri yekunlaşıb".
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bunu İçərişəhər DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.