Ana Sayfa > Karusel / Dünya > Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib

Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib


21-04-2022, 08:51. Yazar: Admin

Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib

Hindistan hökuməti ukraynalı qaçqınlara humanitar yardım aparacaq Yaponiya hərbi təyyarələrinin ölkə aeroportlarından yük götürməsinə icazə verməyib.

Qarabaginfo.az-ın Kyodo agentliyinə istinadla xəbərinə görə, rəsmi Tokio bunu koordinasiyanın yetərsiz olması ilə izah edib.

BMT-nin müvafiq qurumları ilə əldə edilmiş razılığa görə, ukraynalılar üçün nəzərdə tutulmuş humanitar yükləri götürmək üçün Yaponiya təyyarələri Hindistan və BƏƏ-nin hava limanlarına enməli idi. Buradan yük götürən təyyarələrin istiqaməti Polşa və Rumıniya idi. İşçi görüşdə bu varianta razı olan Hindistan aprelin 20-də razılıqdan qəti şəkildə imtina edib.(Apa)


Geri dön