Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropada avtomobil satışı azalıb
Avropada avtomobil satışı azalıb21-04-2022, 04:36. Yazar: Admin |
Avropa İttifaqında mart ayında 844 187 yeni avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% azdır. Qarabaginfo.az xəbər verir ki, statistikanı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yayıb. Qurum bildirir ki, martda satılan avtomobil sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. Bu həm də, 1990-cı ildən sonra qeydə alnmış ən aşağı göstəricidir. Satışların azalması ölkələr üzrə kəskin şəkildə fərqlənir. Geriləmə Polşada 17,4%, Almaniyada 17,5%, Belçikada 17,7%, Fransada 19,5%, İtaliyada 29,7%, İspaniyada 30,2%, İsveçdə isə 39,5% olub. Markalar üzrə gerilməməyə gəlincə: qitənin ən böyük avtomobil istehsalçıları olan “Volkswagen”in satışları 24,3% azalıb. Regionun ikinci avtomobil istehsalçısı olan “Stelantis” qrupunun satışları 33, bazar payı 20% geriləyib. “Renault” qrupunun satışları isə 14,5% geriləyib. Ümumilikdə il başlayandan qitədə 2 milyon 240 min təzə avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövründəkindən 12,3% azdır. Geri dön |