Ana Sayfa > Karusel / Gündəm > Mahir Emreli derbidə əvəzlənmədən oynayıb, komandası uduzub

Mahir Emreli derbidə əvəzlənmədən oynayıb, komandası uduzub


20-04-2022, 23:14. Yazar: Admin

Mahir Emrelinin komandası derbi oyununa çıxacaq | İnter Press

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 25 yaşlı hücumçu səfərdə "Hayduk"a qarşı keçirilən I Liqanın 9-cu turundan təxirə salınmış görüşün iştirakçısı olub. Derbi matçına start heyətində çıxan forvard sonadək meydanda qalıb.

Qarşılaşma Zaqreb təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Nikola Kaliniç vurub.

Bu nəticədən sonra 66 xalı olan "Dinamo" zirvədəki yerini qoruyub. Xallarını 62-yə çatıdran "Hayduk" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində 2 qol vurub.


Geri dön