Ana Sayfa > Karusel / Siyasət > Zaxarova: "Münasibətlərin nizamlanmasına dair sənəd layihəsinə Kiyevdən cavab verilməyib"

Zaxarova: "Münasibətlərin nizamlanmasına dair sənəd layihəsinə Kiyevdən cavab verilməyib"


20-04-2022, 20:00. Yazar: Admin

Rusya Dışişleri Bakanlığı Sözcüsü Mariya Zaharova, Türkiye'ye teşekkür etti

Moskva aprelin 15-də münasibətlərin nizamlanmasına dair sənəd layihəsini Kiyevə təhvil verib, lakin indiyədək ondan cavab almayıb.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu gün deyildi ki, növbəti təkliflər danışıqlar prosesində iştirak edən Kiyev rejiminin nümayəndələrinə verilib. Mən sadəcə olaraq, bu mövqe materiallarının Rusiya tərəfindən təhvil verildiyi tarixi açıqlamaq istərdim. Cümə günü idi. Bu gün isə çərşənbə günüdür. Bu günə qədər heç bir cavab yoxdur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Geri dön