Ana Sayfa > Karusel / Dünya > Əkrəm İmamoğlunun həbsi istənildi

Əkrəm İmamoğlunun həbsi istənildi


20-04-2022, 16:13. Yazar: Admin

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun "İdarə Heyətində çalışan dövlət məmurlarını davamlı olaraq təhqir etmə"yə görə 1 il 3 ay 15 gündən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

 

Qarabaginfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun 4 noyabr 2019-cu ildə mətbuata açıqlamasında İdarə Heyətinin üzvlərini təhqir etdiyi iddia edilir. Əkrəm İmamoğlunun işi ilə bağlı rəyini açıqlayan prokurorluq onun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İmamoğlunun vəkili Kemal Polat müdafiə hazırlamaq üçün vaxt tələb edib. Vəkilinə vaxt verən məhkəmə iclası təxirə salıb.


Geri dön