Ana Sayfa > Karusel / Gündəm > Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin edilib

Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin edilib


20-04-2022, 15:38. Yazar: Admin

Kamran Əliyev

 

Daşkəsən, Xocalı və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Qarabaginfo.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrlərə əsasən, Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib.

Daşkəsən rayon Prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon Prokuroru təyin edilib.

Baş Prokurorun digər əmri ilə Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mhüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon Prokuroru təyin edilib.


Geri dön