Bakıda köşkdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zeynalov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.