Ana Sayfa > Karusel / Gündəm > Norveç Ukraynaya zenit-raket kompleksləri göndərdi

Norveç Ukraynaya zenit-raket kompleksləri göndərdi


20-04-2022, 10:13. Yazar: Admin

 

Norveç Ukraynaya zenit-raket kompleksləri göndərdi

 

Norveç Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksi göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilir ki, Norveç Ukraynanın ölkəyə müxtəlif silahların göndərilməsini istəməsindən sonra bu barədə qərar verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Norveçdən ölkəyə silah, xüsusən də “Qarpun” gəmi əleyhinə raketlər və “NASAMS” zenit-raket kompleksi göndərilməsini istəyib.


Geri dön