Ana Sayfa > Karusel / Kriminal > Bakı-Qazax magistralında davada 2 nəfər bıçaqlandı

Bakı-Qazax magistralında davada 2 nəfər bıçaqlandı


20-04-2022, 10:11. Yazar: Admin

Bakı-Qazax magistralında davada 2 nəfər bıçaqlandı

Qaradağ rayonunda 2 nəfərin bıçaqlanması ilə nəticələnən insident olub.

Qarabaginfo.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun 14-cü kimoletrliyində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı 1968-ci il təvəllüdlü Əmrah Kərimov və 1988-ci il təvəllüdlü Orxan Kərimov bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən ağır xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalardan sonra həmin şəxslərin 1987-ci il təvəllüdlü Tariyel Vəliyev tərəfindən bıçaqlanması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Geri dön