Ana Sayfa > Karusel / Kriminal > Həbs edilənlərdən biri hərbi hissə komandiri olub - “Tərtər işi”
Həbs edilənlərdən biri hərbi hissə komandiri olub - “Tərtər işi”20-04-2022, 08:39. Yazar: Admin |
“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib. Qarabaginfo.az xəbər verir ki, həbs olunanlar arasında ən yüksək rütbəli şəxs Niftəliyev Rəşid Ağaşərif oğludur. Rütbəsi polkovnik-leytenant olan Rəşid Niftəliyev N saylı hərbi hissənin komandiri olub. O, daha öncə Qərargah rəisi vəzifəsində də çalışıb. R.Niftəliyev 2019-cu ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, R.Niftəliyevin də istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |