Ana Sayfa > Karusel / Dünya > Rumıniya Prezidenti NATO-nun döyüş qrupunun yaradılmasını istəyir

Rumıniya Prezidenti NATO-nun döyüş qrupunun yaradılmasını istəyir


20-04-2022, 07:46. Yazar: Admin

Ukrayna NATO üyesi mi? Ukrayna NATO'ya dahil oldu mu? | Gündem Haberleri

Rumıniya Prezidenti Klaus Yohannis ölkədə NATO-nun döyüş qrupunun tezliklə formalaşdırılmasına çağırıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yohannis Qərb liderləri arasında Ukraynadakı vəziyyətlə bağlı videokonfransda danışıb.

O, mövcud böhranın alyansın şərq cinahında, xüsusən də Qara dənizdə təhlükəsizlik vəziyyətinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib.

Rumıniya dövlətinin başçısı, həmçinin Rusiyadan enerji asılılığından xilas olmaqla bağlı çağırış edib.

Onun sözlərinə görə, Rumıniya Avropa səviyyəsində indiyədək qəbul edilmiş sərt sanksiyalar paketlərini dəstəkləyir və yeni tədbirlərin qəbulu məqsədilə koordinasiyanı davam etdirəcək.(Nato)


Geri dön