Ana Sayfa > Karusel / Gündəm > Fransanın Baş naziri prezident seçkilərindən sonra istefa verəcək
Fransanın Baş naziri prezident seçkilərindən sonra istefa verəcək20-04-2022, 00:48. Yazar: Admin |
Fransanın Baş naziri Jan Kasteks prezident seçkiləri başa çatdıqdan az sonra hazırkı dövlət başçısı Emmanuel Makrona istefa məktubu göndərməyi planlaşdırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir "France Inter" radiostansiyasının efirində bildirib. “Seçkilərdən sonra yaxın günlərdə ənənəyə uyğun olaraq, hökumətimin istefası ilə bağlı Prezidentə ərizə təqdim edəcəyəm”, - o deyib. Əvvəllər Prezident Administrasiyası rəhbərinin müavini postunu tutmuş Kasteks 2020-ci ilin iyulunda hökumət başçısı təyin edilib. Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək. Geri dön |