Ana Sayfa > Karusel / Gündəm > Almaniya Ukrayna üçün özəl şirkətlərdən silah satın alacaq

Almaniya Ukrayna üçün özəl şirkətlərdən silah satın alacaq


20-04-2022, 00:27. Yazar: Admin

Almaniya Ukrayna üçün özəl şirkətlərdən silah satın alacaq

Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.

Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu çatdırılmaların pulunu ödəmək niyyətindəyik”, - deyə kansler bildirib.

Şolts vurğulayıb ki, Almaniya Ukraynaya əhəmiyyətli təsir gücünə malik silahları artıq tədarük edib və silah istehsalçıları ilə Kiyevin tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi istiqamətində işləyəcək.


Geri dön