Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb19-04-2022, 21:37. Yazar: Admin |
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7117 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 413 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 nəfər təşkil edir. Geri dön |