Ana Sayfa > Karusel / Siyasət > Spiker: “Gürcüstan və Azərbaycan hər zaman regionda sülh quruculuğunda mühüm rol oynayıblar”

Spiker: “Gürcüstan və Azərbaycan hər zaman regionda sülh quruculuğunda mühüm rol oynayıblar”


19-04-2022, 21:09. Yazar: Admin

Şalva Papuaşvili: "Seçkilərə 10 gün qalıb və bu 10 gün ərzində Milli Hərəkat bütün insani və mənəvi sərhədləri aşacaq"

“Gürcüstan və Azərbaycan hər zaman regionda sülh quruculuğunda önəmli rol oynayıblar. Hər iki ölkə tarixi rolundan istifadə edərək birgə daha çox səylərlə ölkələrimizin rifahı naminə sülh və sabitliyə töhfə verməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdən sonra deyib.

Spiker bildirib ki, Milli Məclis sədrinin Gürcüstana səfəri simvolik xarakter daşıyır və xüsusi əhəmiyyət kəsb edir: “Belə ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur. Biz parlamentlərarası, eyni zamanda dostluq qrupları və komitələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə etdik. Bu istiqamətdə əməkdaşlığın gücləndirilmsəi və çox sayda səfərlərin təşkili ikitərəfli münasibətlərin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək”.

Ş.Papuaşvili görüşdə regionda və Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsinin aparıldığını qeyd edib.

O, S.Qafarovaya səfərə görə təşəkkürünü bildirib və əməkdaşlığa hazırlıq ifadə edib.


Geri dön