Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Gürcüstanla parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib

Azərbaycan Gürcüstanla parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib


19-04-2022, 20:51. Yazar: Admin

Azərbaycan–Gürcüstan - möhkəm təməl üzərində qurulan dostluq

“Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələr çərçivəsində parlamentlərarası əməkdaşlıq xüsusi yerə malikdir və hazırda parlamentlərarası əlaqələrimiz çox yüksək səviyyədədir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ilə mətbuata birgə bəyanatında deyib.

O, gürcüstanlı həmkarı ilə parlamentlər arasında mövcud olan münasibətlərin bugünkü vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirdiyini bildirib: “Ötən dövr ərzində parlament sədrlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib. Hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında bir növ körpü rolunu oynayırlar”.

Milli Məclisin sədri daha sonra deyib ki, görüş çərçivəsində gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə olunub: “Parlament komitələrimiz arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi mümkün istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı olduqca faydalıdır”.


Geri dön