Ana Sayfa > Karusel / Siyasət > Bayden dünya liderləri ilə Ukraynaya dəstəyi müzakirə edir
Bayden dünya liderləri ilə Ukraynaya dəstəyi müzakirə edir19-04-2022, 20:21. Yazar: Admin |
ABŞ Prezidenti Cozef Bayden digər dünya liderləri ilə videokonfransa başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg News" məlumat yayıb. Videokonfransa Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Polşa, Kanada liderləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının Prezidenti Şarl Mişel qoşulub. Əsas müzakirə mövzusu Ukraynaya dəstəkdir. Geri dön |