Ana Sayfa > Karusel / Cəmiyyət > Ağsaqqallar Şurasının sədri: “Vətəndaşlarımızı məsuliyyətli olmağa və hökumətin qərarlarına əməl etməyə çağırıram”
Ağsaqqallar Şurasının sədri: “Vətəndaşlarımızı məsuliyyətli olmağa və hökumətin qərarlarına əməl etməyə çağırıram”22-03-2020, 14:09. Yazar: Admin |
“Koronavirus pandemiyasına qarşı mübarizədə uğur əldə etmək üçün hər kəs məsuliyyətli davranmalıdırlar. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu epidemiyanın yayılmaması üçün hökumətin həyata keçirdiyi proflaktik tədbirlərlə yanaşı, hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etmək, zərurət olmadıqca evdən çıxmamaq, şəxsi gigiyenaya diqqət etmək vacibdir”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib. Şura sədri Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı münasibətilə etdiyi müraciətdəki fikirlərini xatırladıb: “ Prezidentimizin qeyd etdiyi kimi, bu təhlükənin öhdəsindən gəlmək üçün biz hamımız həmrəylik, məsuliyyət, birlik göstərməliyik. Bütün dünya üçün çətin olan bu dövrdə xalqımızın və dövlətimizin ən ülvi xüsusiyyətlərini göstərməliyik, birlik nümayiş etdirməliyik, xeyriyyəçilik etməliyik, hər bir gəncimiz yaşlılara, köməyə ehtiyacı olanlara dəstək olmalıdır”.
Ağsaqqallar Şurasının sədri dövlətin koronavirusla mübarizə istiqamətində operativ və qətiyyətli addımlar atdığını, Operativ Qərargahın mobil və səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, öz həyatını və sağlamlığını riskə ataraq bu epidemiya ilə mübarizə aparan həkimlərin əməyinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi, əmək haqqlarına əlavələr edilməsi təqdirəlayiqdir. F. Heydərov, həmçinin, dövlətin hər bir vətəndaşına sahib çıxdığını, xaricdə təhsil alan tələbələrimizi, digər vətəndaşlarımızın ölkəyə gəlməsini təmin etidyini, onların səhhəti və sağlamlığına xüsusi diqqət yetirdiyini də vurğulayıb.
Geri dön |