Ana Sayfa > Karusel / Gündəm > Şuşada tikintiyə dair tələblər sərtləşdirilir

Şuşada tikintiyə dair tələblər sərtləşdirilir


19-04-2022, 17:07. Yazar: Admin

 

Şuşada tikintiyə dair tələblər sərtləşdirilir

Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir.

Qarabaginfo.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik təklif edilir.

Hazırda qüvvədə olan qanuna əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul edilir.

Layihəyə əsasən, artıq bu tələb tək arxeoloji deyil, bütün abidələrə şamil ediləcək. Başqa sözlə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.


Geri dön