Ana Sayfa > Karusel / Region > Rusiya Niderlandın 14 diplomatını ölkədən çıxarır

Rusiya Niderlandın 14 diplomatını ölkədən çıxarır


19-04-2022, 16:58. Yazar: Admin

Rusiya Niderlandın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğunun 14 əməkdaşını “arzuedilməz şəxs” elan edib.

 

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

 

Bildirilib ki, aprelin 19-da Niderlandın Rusiyadakı səfiri Xilles Arno Besxoor Plux Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı diplomatların Niderlanddan çıxarılması ilə bağlı etiraz notası təqdim olunub.

 

Məlumata görə, niderlandlı dilomatlar 14 gün ərzində Rusiya ərazisini tərk etməlidir.

 

Xatırladaq ki, bundan əvvəl Niderland Rusiyanın 17 diplomatını “persona non qrata” elan edib.(Modern.az) 


Geri dön