2020-ci ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı başlanmış cinayət işi üzrə qərar elan olunub.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir xəbər verir ki, Moskvanın Lyublinski Rayon Məhkəməsinin qərarı ilə E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov və A. Qafarov xuliqanlıqda təqsirli biliniblər və onlar 2 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İş üzrə təqsirləndirilən digər iki şəxs – M. Zahidova və D. Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub.