Ana Sayfa > Karusel / Kriminal > Hərbçilərə işgəncə verən bu gizir AXTARILIR

Hərbçilərə işgəncə verən bu gizir AXTARILIR


19-04-2022, 15:21. Yazar: Admin

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı yeni məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət etmiş bəzi hərbi qulluqçuların 2017-ci ildəki sorğulama prosesində fiziki və psixi işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnib.

Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.


Qarabaginfo.az modernə istinadən xəbər verir ki, 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan 397 nəfər zərərçəkmiş şəxs kimi müəyyən edilib.

Hərbi qulluqçulara işgəncə verməkdə təqsirləndirlən 7 nəfər Cinayət Məcəlləsinin  145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib.

Qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlu isə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Gizir Əzizov Polad Seyfəddin oğlu 1982-ci ildə Qazaxın Qazaxbəyli kəndində anadan olub.

2000-ci ildə hərbi xidmətə yollanıb, əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, kursu keçərək orda xidmətə başlıyıb.

2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub.

2016-cı il aprel döyüşlərindəndən sonra Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə yenidən xidmətə başlayıb.

2017-ci ilin may-iyun aylarında dövlətə xəyanətlə əlaqədar əsassız olaraq saxlanılan hərbi qulluqçulara dəhşətli işgəncələr verməkdə ad çıxarıb.

Hazırda axtarılır.


Geri dön