Ana Sayfa > Karusel / Dünya > Mixeil Saakaşvilinin səhhəti pisləşib

Mixeil Saakaşvilinin səhhəti pisləşib


19-04-2022, 13:58. Yazar: Admin

Mixeil Saakaşvilinin səhhəti pisləşib - "İki sahil"

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.

O, bu barədə müstəqil həkimlər qrupuna yazdığı məktubunda bildirib. Siyasətçi bədənində ağrılar hiss etdiyini və çətinliklə yeridiyini diqqətə çatdırıb. O, həkimlərdən tövsiyə vermələrini xahiş edib.

Həkimlər M.Saakaşvilinin vəziyyətinin kifayət qədər ciddi olduğunu bildiriblər. Onların sözlərinə görə, lazımı müalicə aparılmasa, keçmiş dövlət başçısının vəziyyəti daha da pisləşə bilər.

Həkimlər eks-prezidentin mülki xəstəxanaya yerləşdirilməsini təklif ediblər.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.


Geri dön