Ana Sayfa > Karusel / Region > Çexiyada rekord inflyasiya qeydı alınıb

Çexiyada rekord inflyasiya qeydı alınıb


19-04-2022, 04:12. Yazar: Admin

Çexiyada rekord inflyasiya qeydı alınıb

Ötən ay Çexiyada son 24 ilin ən yüksək inflyasiyası qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, mart ayında inflyasiya 1,7% artaraq 12.7%-ə çatıb. Bu, 1998-ci ildən indiyədək qeydə alınmış ən yüksək rəqəmdir. İnflyasiyanın kəskin artımına səbəb enerji daşıyıcılarının bahalaşmasıdır. Statistikaya görə, illik əsasda istehlak qiymətləri 12,7% artıb. Elektrik və yanacaq 24,7%, təbii qaz 37,7%, nəqliyyat xərcləri 22%, inşaat materialları isə 16,4% bahalaşıb. Bundan əlavə, kartof 21%, qatılaşdırılmış süd 20%, un 30%, yağ 32% bahalaşıb. Eyni zamanda daşınmaz əmlak və kommunal xərclər 5%-dək bahalaşıb. Ekspertlər yayda inflyasiyanın 15%-ə çatacağı qənaətindədirlər.(Apa)


Geri dön