Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin Lvovda yerləşən 124-cü arxa cəbhə təminatı mərkəzinə zərbə endirib.
Qarabaginfo.az xəbər veritr ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Logistika mərkəzi və son 6 gündə ABŞ və Avropadan göndərilmiş böyük partiya xarici silah məhv edilib” – deyə general bildirib.
Konaşenkov əlavə edib ki, Ukraynanın 331 hərbi obyektinə raket zərbəsi endirilib.(Lent.az)